“Qarabağda atəşkəs rejiminə tam riayət edilir”- Rusiya MN

“Qarabağda atəşkəs rejiminə tam riayət edilir”- Rusiya MN

Rusiya Federasiyası Müdafiə Nazirliyi Qarabağda sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı açıqlama yayıb.

24Media xəbər verir ki, Rusiya MN sülhməramlıların qarşıya qoyulan tapşırıqları icra etdiyini vurğulayıb.

Bildirilib ki, 27 müşahidə postunda sutkalıq monitorinq həyata keçirilir. Atəşkəs rejiminə riayət olunmasına nəzarət olunur.

"Qarabağda atəşkəs rejiminə tam riayət olunur", - deyə əlavə olunub.