"Qalatasaray"ın sabiq prezidenti vəfat edib

Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Duygun Yarsuvat dünyasını dəyişib.

 

24Media xəbər verir ki, funksioner 84 yaşında vəfat edib.

 

Qeyd edək ki, Duygun Yarsuvat 2014-cü ildə İstanbul təmsilçisinə rəhbərlik edib. O, "sarı-qırmızılar"da ən yaşlı prezident kimi də tarixə düşüb.