Qahirədə tufan və sel nəticəsində ölən və yaralananlar var

Qahirədə tufan və sel nəticəsində ölən və yaralananlar var

Misirin paytaxtında səhər saatlarında başlayan tufan nəticəsində üzərinə ağac düşən 6 yaşlı uşaq həyatını itirib. Yuxarı Misirin Gena vilayətində isə sel və daşqınlarda ana və iki uşağı ağır yaralanıb. Onları Farşut Mərkəzi Xəstəxanasına çatdırıblar.
24media.az xəbər verir ki, havaların əlverişsiz keçməsi ilə əlaqədar Misir Nazirlər Kabineti ölkədə qeyri-iş günü elan edib. Orta məktəblərdə və universitetlərdə dərslər dayandırılıb. Qahirə və digər şəhərlərin bələdiyyələri təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün səfərbər olunublar. Güclü külək paytaxtda 16 elektrik dirəyini və məscidin minarəsini aşırıb. Su və elektrik enerjisi təchizatında da problemlər yaranıb.
Əlverişsiz hava şəraitinin şənbə gününədək davam edəcəyi bildirilir.