"Qəbələ"nin yeni sponsoru müəyyənləşdi

"Qəbələ" İdman Klubunun yeni sponsoru müəyyənləşib.

Modern.az-a istinadən xəbər veririk ki, bundan sonra əyalət təmsilçisini "Jalə" Şirələri maliyyələşdirəcək.

Daha öncə klubu əsas sponsoru "Gilan Holdinq" idi.

Qeyd edək ki, "Qəbələ" İdman Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib.