Putin BMT baş katibi ilə görüşüb

Putin BMT baş katibi ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edib.

24Media xəbər verir ki, TASS Kremldə oval masa arxasında keçirilən görüşün görüntülərini yayıb.

Quterreş Rusiyaya səfəri zamanı Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışıblar.

Quterreş bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.