Pulsuz maska paylanılacaq

Pulsuz maska paylanılacaq

Yaponiyada hökumət koronavirusa qarşı ölkədəki hər evə maska paylamağa başlayacaq.

24 Media xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus hallarının artdığı Yaponiyada hökumətin daha əvvəl ictimaiyyətə açıqladığı "Hər evdə maska" layihəsi gələn həftə həyata keçiriləcək. Hökumət bazarda davam edən maska tədarükü problemlərinə qarşı ölkədəki 58.5 milyon evə iki dəfə təkrar istifadə edilə bilən maska göndərəcək.

Yaponiya Səhiyyə Nazirliyi əhaliyə payladığı maskalarla birlikdə maskaların necə yuyulacağıni izah edən kataloq paylayacaq.

Maskaların bütün ölkəyə göndərilməsinin ümumi dəyəri 430 milyon dollar hesablanıb. Bunun yarısı ehtiyat fondları, yarısı isə cari maliyə ili üçün əlavə büdcənin hesabına ödəniləcək.
Bununla yanaşı, hökumət baxım müəssisələrində yaşlı və hamilə qadınlara 130 milyon parça maska ​​paylamağı hədəfləyib.