Prokurorluqdan Mingəçevirdə fəhlənin ölümü ilə bağlı məlumat

Prokurorluqdan Mingəçevirdə fəhlənin ölümü ilə bağlı məlumat

Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə 24Media-ya Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.