Prezident konstitusiya dəyişikliklərinə razılıq verdi

Prezident konstitusiya dəyişikliklərinə razılıq verdi

Fransa Prezidenti Emmanuel Makron ölkə konstitusiyasına ekoloji öhdəlikərlə bağlı dəyişikliklərin edilməsi təklifinə razılıq verib.

24Media xəbər verir ki, bu barədə prezident İqlim üzrə Vətəndaş Konventinin üzvləri ilə görüşü zamanı bildirib.

O, konstitusiyanın birinci maddəsində bioloji fərqlilik və iqlim dəyişikliyinə qarşı öhdəliklərin daxil edilməsi fikrini dəstəkləyib.

E.Makronun sözlərinə görə, bu məsələ Fransa parlamentinin hər iki palatası tərəfindən baxıldıqdan sonra referenduma çıxarıla bilər.