Polad Bülbüloğlu bu mahnının əsl tarixçəsini niyə gizlədirdi?

Polad Bülbüloğlu bu mahnının əsl tarixçəsini niyə gizlədirdi?

Söhbət 90-cı illərdə uşaqlı-böyüklü hər kəsin sevimlisinə çevrilən "Gəl, ey səhər" mahnısından gedir.

Sözügedən mahnı ilk dəfə 1968-ci ildə kinorejissor Arif Babayevin "Uşaqlığın son gecəsi" filmi üçün bəstələnir və filmin son kadrlarında ifa olunur.

Mahnının bəstəkarı, eyni zamanda onun ən məşhur ifaçısı olan Polad Bülbüloğluna belə bir sual verilir: “Gəl, ey səhər” mahnısının tarixçəsi haqqında nə deyərdiniz?

O isə nədənsə gerçəkləri gizlədir, bəlkə də mahnı artıq bu anlamda sevildiyi üçün belə cavab verir: 

"1968-ci ildə Arif Babayev “Uşaqlığın son gecəsi” filmini çəkirdi, o filmə musiqi yazdım. Həmin mahnı da o filmin son kadrlarında ifa olunur. Bilmirəm, nəğmələrimin yaranması təkcə tamaşaçı, dinləyici üçün yox, mənim özüm üçün də hadisədir".

Mahnının sözlərini yazan Fikrət Qoca isə müsahibələrinin birində mahnı haqqında bu sözləri deyib:

"Polad Bülbüloğlu bu mahnını 1968-ci ildə "Uşaqlığın son gecəsi" filmi üçün bəstələyib və deyilənə görə, bu mahnı onun 9 yaşında Xəzər dənizində boğulan qızı Səhər üçün olan rekviyemdir. Bəlkə də dinləyən hər kəsə bu qədər təsir edə bilməyinin səbəbi budur, kim bilə bilər..."