Pişiklərin mistik gücü

Pişiklərin mistik gücü

Bəzi insanlar düşünür ki, pişiklər tənbəl heyvanlardır və tək etdikləri yeyib-yatmaqdır. Amma bu belə deyil! Bilirsiniz, onların missiyası nədir? Pişiklərin gün ərzində bədənimizdə yığılan negativliyi aradan qaldırmaq gücü var. Biz yatan kimi onlar bu enerjini özlərinə hopdururlar. Əgər evdə 1-dən çox adam və bircə pişik varsa, həmin vaxt onlar ətrafdakı negativliyi özlərinə çəkməklə yüklənirlər. Onlar yatanda bədənləri bizdən aldıqları mənfi enerjini buraxır. Biz çox stressli olduqda, onlar bunun üçün daha çox vaxta ehtiyac duyur və daha çox yatırlar. Əgər buna kifayət qədər vaxt olmazsa, mənfi enerjini yağ kimi toplayırlar. Çox heyvan sahibi isə onların yeməkdən kökəldiklərini düşünür.
Onlar həmçinin gecə bizi istənməyən ruhlardan da qoruyur, buna görə yatağımızda yatmağı sevirlər. Əgər hər şey normaldırsa, bizlə yatmırlar, əgər qəribə bir şeylərin baş verdiyini hiss edirlərsə, yatağımıza gəlib bizi qoruyurlar. Əgər bir küçə pişiyi evinizə daxil olursa, bu o deməkdir ki, həmin an bir pişiyə ehtiyacınız olub və o pişik sizin eviniz üçün könüllü olub. Evə biri gəldikdə, pişik onun zərərli olduğunu hiss edirsə, sizi çevrələyib qorumağa başlayacaq.  Pişiklər sizə səbəbsiz yerə gəlmir. Bu karma borc üçün də ola bilər. Onları qovmayın. Bu öhdəliyi necəsə ödəməli olacaqsınız.

  Okkultizm haqqında ekspert, yarım əsrdən çox kəhanət, cadugərlik, qaraçı sehri və fövqəltəbii hadisələri araşdıran Raymond Buckland-in ensiklopediyasına əsasən, pişiklərlə bağlı inancları sizlə bölüşürük: 

  Pişiklərlə ay arasında xüsusi əlaqə olduğuna inanılır. Həm ağ, həm də qara pişiklər davranışlarından asılı olaraq uğurlu sayılır. Qara pişik şəxsin sağında oturarsa və ya solundan sağa keçərsə uğurlu sayılır. Sağdan sola keçirsə, uğursuzluq gətirdiyinə inanılır. Qara pişikdən qorxulmasının əsas səbəblərindən biri də Orta əsrlərdən gələn inanclardı. Onlar düşünürdülər ki, cadugərlər özlərini pişiyə çevirə bilir və pişiklər şeytana yaxın, cadugərlərin isə köməkçisidir. Gəlinin yanında pişiyin asqırması xoşbəxt evliliyin müjdəçisidir. Lakin başqa şərtlər altında pişiyin asqırması yaxınlaşan fırtınanı göstərir.

   Qeyd edək ki, pişik məscidə buraxılan yeganə heyvandır. Pişiklər heyran oluna biləcək varlıqlardır, öz sahiblərini hər şeydən çox sevirlər, sadəcə sevmə şəkilləri fərqlidir.