Paşinyan: "Əsirləri verin, oğlumu alın"

Paşinyan:

Ermənistanda iyunun 20-də keçiriləcək erkən ümumi seçkilər yaxınlaşdıqca Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, oğlu Aşot Paşinyanı digər erməni əsgərlərinin azadlığa çıxması müqabilində Azərbaycana təhvil verməyə hazır olduğunu bildirdi.

24Media xəbər verir ki, Paşinyan "Oğlum Aşot Azərbaycandakı bütün erməni əsgərlərinin sərbəst buraxılması müqabilində Bakıya məhbus kimi getməyə hazırdır. Bu təklif rəsmi olaraq bu gün Azərbaycan rəhbərliyinə və şəxsən (Azərbaycan Prezidenti) İlham Əliyevə çatdırılacaq",- deyə fikirlərinə  əlavə edib.