“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 66% artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 66% artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2019-cu ili 842 min manat xalis mənfəətlə başa vurub.

24Media qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 66,4% çoxdur.

Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 1 071 min manat (əvvəlki ilə nisbətən 69,7% çox), mənfəət vergisi ödəmələri isə 228 min manat (82,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 12 010 min manat olub ki, bu da illik müqayisədə 4,6 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 8,9 dəfə artaraq 9 501 min manata, balans kapitalı isə 64,3% artaraq 2 509 min manata çatıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya Şirkətinin səhmləri 100% “PAŞA Holdinq” MMC-yə daxildir.