"PAŞA Bank" yeni inkişaf strategiyası hazırlayır

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi yeni adla pərakəndə bankçılıq xidmətləri təklif etməyə başlayıb. 

24Media xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

Onun sözlərinə görə, söhbət "Red Bank" layihəsindən gedir. 

Bundan başqa, sədr deyib ki, "PAŞA Bank" 2021-2023-cü illər üçün yeni inkişaf strategiyası hazırlayır.