Pandemiyadan sonra Rusiyadan Türkiyəyə ilk müntəzəm aviauçuş baş tutub

Pandemiyadan sonra Rusiyadan Türkiyəyə ilk müntəzəm aviauçuş baş tutub

Moskvanın Şeremetyevo hava limanından koronavirus pandemiyasından sonra ilk müntəzəm uçuş baş tutub.

24Medianın məlumatına görə, yerli vaxtla saat 7:45-də "Aeroflot" aviaşirkətinə məxsus təyyarə İstanbula yola düşüb.

Qeyd edək ki, Rusiya martın 27-dən etibarən bütün aviareysləri dayandırmışdı. Avqustun 1-dən başlayaraq Türkiyə, Böyük Britaniya və Tanzaniyaya reyslər bərpa olunub.