"Palmiyeler" qrupundan yeni sinql

Türkiyəli rok qrupu Palmiyeler "Gün doğdu" adlı yeni sinqlını təqdim edib.

24 Media "Cumhuriyet" qəzetinə istinadən bildirir ki, söz və musiqisi qrupa aid olan mahnı 2018-ci ildə "Akdeniz" albomlarından bu yana paylaşılan 6-cı sinqldır.

Palmiyeler yeni albom haqqında açıqlama yaymasa da, paylaşılan mahnıların çoxluğundan albom xəbərinin gələcəyini təxmin etmək mümkündür.