Pakistanda baş verən partlayış nəticəsində ölən və yaralananlar var

Pakistanda baş verən partlayış nəticəsində ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin Kila Abdulla dairəsinin Çaman şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Bomba təhlükəsizlik qüvvələrinin keçdiyi yolda quraşdırılıb.
24Media Pakistan mətbuatına istinadla xəbər verir ki, partlayış ölkənin Baş naziri İmran Xanın bu regiondakı Ketta şəhərinə birgünlük səfəri zamanı baş verib.
Partlayışa görə məsuliyyəti hələ ki, regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.