Onlayn alış-veriş edənlərə vacib xəbərdarlıq

Onlayn alış-veriş edənlərə vacib xəbərdarlıq

İnternetdə alış-veriş edərkən nələrə diqqət etməliyik?

İnternetin insanların xidmətinə verilməsi ilə böyük bir oğurluq, daha doğrusu kiber cinayətkarlıq anlayışı da həyatımıza girdi. İnternetdə edilən hər bir əməliyyatda şəxsi məlumatlarınızla birlikdə kart məlumatlarınızın olma ehtimalı yarandı. Bəs təhlükəsiz internet üçün nə etməliyik?

Onlayn alış-veriş etməyənimiz demək olar ki, yoxdur. Bu xidmətdən sağlam və daha etibarlı bir şəkildə faydalanmaq üçün tövsiyəmiz budur ki, heç vaxt "http" ilə başlayan saytlardan heç vaxt alış-veriş etməyəsiniz, alış-veriş etməli olduğunuz sayt ünvanı "https" ilə başlamalıdır. Bu "s" mübadilənin təhlükəsiz olduğunu göstərir, buna görə etibarlı alış-veriş edə bilərsiniz. Bu saytlarda məlumatlarınız etibarlı alış-veriş etməyə imkan verir, şifrələnmiş bağlantılar isə üçüncü tərəflə paylaşılmır.

İctimai Wi-Fi bağlantısından istifadə etmək tamamilə etibarlı deyil. Buna görə, xüsusən bu əlaqədən istifadə edirsinizsə, alış-veriş etməyin, şəxsi məlumatlarınız oğurlana bilər. Bu çatışmazlığa dair mütəxəssislər hələ də bir həll tapa bilməyiblər.