Oğlunu, qızını, nəvəsini və qonşusunu güllələyən şəxs saxlanıldı

Oğlunu, qızını, nəvəsini və qonşusunu güllələyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi Balakəndəki silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib. M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Görülmüş tədbirlərlə adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb. Araşdırma aparılır”.