Nur-Sultanda kafedə partlayış olub, ölən və yaralananlar var

Nur-Sultanda kafedə partlayış olub, ölən və yaralananlar var

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedə partlayış baş verib.

24Medianın "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, kafedə qaz balonu partlayıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.