Nüfuzlu ingilisdilli nəşrdə azərbaycanlı doktorantın məqaləsi dərc olunub

Nüfuzlu ingilisdilli nəşrdə azərbaycanlı doktorantın məqaləsi dərc olunub

Macarıstanın Korvinus Universitetinin doktorantı Əliyar Əzimovun nüfuzlu ingilisdilli "Natural Gas World" nəşrində məqaləsi dərc olunub.

24media.az-ın məlumatına görə, məqalə "TANAP-ın açılışı oldu: Cənub Qaz Dəhlizi Avropaya nə vəd verir?" adlanır.
Məqalədə Avropanın enerji bazarındakı vəziyyətindən, ümumi enerji siyasətindən, regionlar üzrə tətbiq etdiyi proqramlardan və Avropa Birliyinin enerji tərəfdaşlarından bəhs edilir. Müəllif yazıda enerji geosiyasəti çərçivəsində Avropa-Azərbaycan əməkdaşlığından söz açır. Yazıda Cənub Qaz Dəhlizi və TANAP-ın Avropa üçün əhəmiyyəti təhlil olunur. Həmçinin Türkiyənin regionda enerji mərkəzinə çevrilməsindən və gələcəkdə isə onun dünyanın önəmli aktorlarından biri olacağından danışılır.

Qeyd edək ki, Ə.Əzimov Korvinus Universitetində beynəlxalq münasibətlər üzrə doktorantura təhsili alır, eyni zamanda Macarıstanda "CEVA" şirkətində xarici əlaqələr üzrə mütəxəssis işləyir. Onun 1 kitabı (həmmüəllif) və 9 məqaləsi dərc olunub.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.naturalgasworld.com/tanap-southern-gas-corridor-and-europe-76033