Nigeriyada təyyarə qəzası nəticəsində həlak olanların sayı açıqlanıb

Nigeriyada təyyarə qəzası nəticəsində həlak olanların sayı açıqlanıb

Nigeriya Hərbi Hava Qüvvələrinin King Air 350 təyyarəsinin Abuca şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
24Media “Vanguard” qəzetinə istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinin qərargah rəisi məlumatı təsdiqləyib. Onun sözlərinə görə, qəza mühərriki sıradan çıxan təyyarə Abuca aeroportuna geri dönən zaman baş verib. Hadisə yerində xilasetmə xidmətinin əməkdaşları işləyir.
Şahidlər bildirirlər ki, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək yanıb. Qəzadan sağ qurtaran olmayıb.