“Netflix”dən 1 aylıq pulsuz istifadə etməyin yolları

“Netflix”dən 1 aylıq pulsuz istifadə etməyin yolları

"Netflix" onlayn kinoteatrdır. Mobil və TV tətbiqləri ilə yanaşı sayt vasitəsi ilə də izləmək mümkündür. Bütün media kontent subtitrlar ilə təchiz edilib.

24Media "Netflix"dən 1 aylıq pulsuz istifadə etməyin yollarını sizinlə bölüşür:

Eyni hesab daxilində bir neçə profil də yaratmaq mümkündür. Beləliklə, bir ailə daxilində bir "Netflix" hesabından bir neçə nəfər ayrılıqda istifadə edəcək və "Netflix" ayrılıqda baxdığınız film və serialları analiz edib maraqlı olan kontenti hər birinizə ayrılıqda təqdim edəcək.

Amma tariflərdə əsas meyar "eyni zamanda neçə cihazdan baxılacaq" nəzərə alınır.

Belə ki, "Netflix"də hazırda aşağıdakı tariflər var:

  • 1 nəfərlik - 7,99 avro
  • 2 nəfərlik - 9,99 avro
  • 4 nəfərlik - 11,99 avro

Tariflərdən göründüyü kimi "Netflix"dən qrup halında istifadə etmək daha sərfəlidir.

Tarifləri analiz etsək görərik ki,

  • -tək istifadə edəndə adambaşına aylıq 8 avro
  • -iki nəfər birlikdə istifadə edəndə adambaşına aylıq 5 avro
  • -dörd nəfər birlikdə istifadə edəndə adambaşına aylıq 4 avro

Həmçinin daha böyük tariflərdə Full HD və Ultra HD izləmək də imkanı əlavə edilir.

"Netflix"dən 1 aylıq pulsuz istifadə etmək üçün aşağıda qeyd olunan link ilə qeydiyyatdan keçmək lazımdır. 

https://www.netflix.com/az/n/4L3Z3AGB-1

 

Qeydiyyat zamanı ödəniş kartını qeyd etmək lazımdır. 

Ay sonunda istifadə etməyi dayandırmağa qərar versəniz daxil etdiyiniz ödəniş kartını əvvəlcədən hesabınızdan silmək lazımdır. Əks halda "Netflix" tərəfindən avtomatik olaraq 1 aylıq məbləğ çıxarılacaq.