Netflix "Terminator" animesi yayımlayacaq

Netflix

 

Populyar platforma olan “Netflix”, bu günlərdə elmi fantastika dünyasının ən bilinən seriyalarından olan "Terminator"u anime olaraq izləyiciyə təqdim edəcək. "Terminator" animesinin arxasında yer alan şirkət və yazar da açıqlanıb.

24Media xəbər verir ki, keçən günlərdə yeni animesi  “Dota: Dragon's Blood”ı yayımlayan “Netflix”, bugün də yeni bir anime xəbəriylə diqqət çəkib.

Verilən açıqlamaya görə, anime Mattson Tomlinə aid olacaq. Tomlin eyni zamanda Robert Patinsonlu yeni “Batman” filminin də yazarlarından biri olaraq qarşımıza çıxacaq.

İstehsalçı şirkətin isə Production İ.G olduğu deyilib. Yaponyanın ən məşhur anime studiyalarından olan Production İ.G, anime olaraq “Ghost in the Shell”, “Psycho-Pass”, “FLCL” və bir neçə daha işə imza atıb.

Tomlin verdiyi açıqlamada adətləri pozan, gözləntilərimizdən fərqli olacaq, cəsarətli bir iş ortaya qoyduqlarını deyib.