"Netflix" e-ticarətə başlayıb

"Netflix", yayımlanan işlər üçün xüsusi hazırlanmış məhsullarla e-ticarət platforması qurub.

24Media xəbər verir ki, "Netflix.shop" adlanan platformada hələlik az sayda məhsul var. Lakin Netflix, gələcəkdə məhsul çeşidinin genişlənəcəyini bildirib.

İstifadəçilər bu e-ticarət platforması vasitəsilə populyar serial və filmlərdən ilhamlanan geyim kolleksiyalarını və bəzək əşyalarını əldə edə biləcəklər.

Şirkət tərəfindən verilən açıqlamaya əsasən, platformada sadəcə xüsusi seriya məhsulları yer alacaq. Eyni zamanda, kolleksiyalar üzərində dünyaca məşhur dizaynerlər və geyim markaları işləyəcəyi qeyd olunub. Platformada məhsul sayı hal-hazırda az olsa da, yaxın günlərdə çeşidin çoxalacağı gözlənilir.

"Netflix.shop"da "Yasuke" və "Eden" animelərindən və "Lupin" serialından ilhamlanmış məhsullara da rast gəlmək mümkündür. Şirkətin açıqlamasına əsasən "Stranger Things" və "The Witcher" serialları üçün də lisenziyalı kolleksiyalar buraxılacaq.