"Neftçi" gənc futbolçunu transfer edib

"Neftçi" 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

24Media-nın məlumatına görə, klub Cabir Əmirli ilə 2 illik müqavilə bağlayıb. 23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu vaxta kimi "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Cabir Əmirli U-21 Milli komandasında da çıxış edib.