Nazirliyin silahla fotosu yayılan vəzifəli şəxsi işdən çıxarıldı

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən çıxarılıb”.

Nazirliyin silahla fotosu yayılan vəzifəli şəxsi işdən çıxarıldı

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən çıxarılıb”.

24Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, A.İsmiyevin müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

O qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən cərimə ediliblər.

Qeyd edək ki, ötən gün A. İsmiyevin avtomatla, onun müavini Sakit Şahmarovun isə tüfənglə şəkilləri yayılmışdır.