Nazir: “Çətinliklərə baxmayaraq, bütün şagirdləri təhsilə cəlb etməyə çalışırıq”

Nazir: “Çətinliklərə baxmayaraq, bütün şagirdləri təhsilə cəlb etməyə çalışırıq”

"Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq".

24Media  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə yazıb.

Nazir hesab edir ki, teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrilib: "Bu günə qədər 6 700-dən çox teledərs hazırlanıb. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq".