Naxçıvan Muxtar Respublikasına getmək istəyən vətəndaşlardan koronavirus testindən keçmək tələb olunur

Naxçıvan Muxtar Respublikasına getmək istəyən vətəndaşlardan koronavirus testindən keçmək tələb olunur

Naxçıvan Muxtar Respublikasına getmək istəyən vətəndaşlardan koronavirus testindən keçmək tələb olunur.

24Media ASAN Radioya istinadən bildirir ki, 20 iyun tarixinə biletləri olan sərnişinlər üçün Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası bütün gecə fəaliyyət göstərəcək. 

Hələ də testdən keçməyənlərin M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti-195 ünvanına müraciət etmələri tövsiyə olunur. Qeyd edək ki, test ödənişsizdir.

Muxtar Respublikanın Bakıdakı nümayəndəliyinin tərtib etdiyi siyahı əsasında sərnişinlərə Whatsapp vasitəsilə satış linki göndərilir.