NASA-nın bilmədiyimiz kəşfləri

NASA-nın bilmədiyimiz kəşfləri

NASA tərəfindən kəşf olunan 8 texnoloji vasitəni 24Media sizə təqdim edir:

1) MRT

Daxili orqanları görmək üçün tibbdə istifadə olunan MRT texnoloji vasitəsi kosmik tədqiqat nəticəsində kəşf edilib. Bu vasitə NASA və digər bir şirkətin birgə kəşfidir.

Eyni zamanda yeni doğulmuş körpənin temperaturunu ölçmək üçün istifadə olunan qulaq termometrləri də ilk dəfə NASA tərəfindən istifadə olunub.

2) GPS

Tez-tez istifadə etdiyimiz GPS texnologiyası yalnız insanların gedəcəyi yeri asanlıqla tapmasına deyil, eləcə də polis, yanğınsöndürən, ambulans kimi fövqəladə hallara xidmət edən təşkilat maşınlarının hadisəyə müdaxilə müddətini xeyli aşağı salır. Bunun sayəsində xilas edilən insan həyatının sayı xeyli artmışdır.

3) Toz qidalar

NASA kosmosa kosmonavt göndərərkən kosmik gəmidə mümkün qədər az yer tutsun deyə qidaları əzərək toz halına salır. Zamanla körpə uşaq qidaları da toz şəklinə gətirildi. Səbəbi isə toz qidaların normal otaq temperaturunda uzun müddət xarab olmadan qalmasıdır.

4) Ürək pompası

Əvvəllər ürək transplantasiyasına ehtiyacı olanlar çox qısa bir müddətdə ürək tapmaq məcburiyyətində qalırdılarsa, indi NASA-nın kəşfi olan ürək pompası ilə 2010-cu ildən etibarən 450 nəfər öz normal həyatına müəyyən müddətlik davam edə bilib.

5) Üst qanad

Bu gün sərnişin təyyarələrində istifadə olunan üst qanadlar həm az yanacaqla daha çox məsafə qət edir, həm də atmosferə daha az zərər verir.

Onu da qeyd edək ki, maşın, qatar və avtobuslardakı oturacaqları da yerin cazibə qüvvəsinə uyğun olaraq NASA hazırlayıb.

6) Dinamik platforma

NASA-nın kosmosa göndərdiyi raketlər üçün hazırladığı platformalar titrəyişin qarşısını aldığına görə Yaponiyada həmin platformalardan yüksəkmərtəbəli binaların tikilməsində istifadə olunur, zəlzələ zamanı dağılan bina sayının azalmasına səbəb olur.

7) 3D printer

NASA dünyadan beynəlxalq kosmik stansiyaya elektron poçt vasitəsilə məlumat göndərib bunu 3D olaraq print edə biləcək texnologiyanı hazırlayıb. 2013-cü ildən etibarən 3D printerlərdən istifadə olunmağa başlayıb.

8) Peyk texnologiyası

NASA-nın peyk texnologiyası sayəsində başda Afrika olmaqla illərdir ki, susuzluqdan əziyyət çəkən bölgələrdə yeraltı sular aşkarlanaraq susuzluq problemi həll olunub.