"NASA" kosmik stansiyadaki təmir işlərini "Twitch"də yayımlayır

Bir müddətdir “Twitch” platformasında müxtəlif araşdırmalar və mövzularla bağlı canlı yayımlar edən “NASA”, "Beynəlxalq Kosmik Stansiya"da edilən təmir işlərini də canlı yayım təqvimlərinə daxil edib.

24Media “OperaNews”a istinadən xəbər verir ki, keçən həftəki iki yayımda BKS kosmonavtlarının stansiyaya günəş panellərini necə yerləşdirdiklərini izləmək mümkün olub. “NASA”nın komandasından Şeyn Kinbrou, “Avropa Kosmik Agentliyi”dən isə Tomas Pesketin günəş panellərini yerləşdirdikləri canlı yayım yeddi saatdan artıq davam edib.

“NASA”nın açıqlamasına görə, 20 illik istehsal olunan günəş panelləri düzgün işləməsinə baxmayaraq, 15 il istifadə müddətinə hesablandıqları üçün artıq sıradan çıxmağa başlayıb. Yeni günəş panelləri mövcud 6 panelin qarşısına qoyulub və stansiyanın ümumi istifadə gücünü 160 kilovattdan maksimum 215 kilovatadək artırıb. Bu günəş paneli dizaynı “Gateway” ay orbit stansiyasında da eyni vəzifəni icra edəcək.

 

 

"NASA"nın kapsulların təmiri, dəyişdirilməsi, yerləşdirilməsi və kapsulların çıxarılması ilə bağlı həyata keçirməyi planlaşdırdığı canlı yayımların cədvəli:

30 iyun, Çərşənbə -

“NASA Science Live”: Beynəlxalq Asteroid Günü

1 iyul, Cümə axşamı -

“ISS Progress 78” yük gəmisinin “Beynəlxalq Kosmik Stansiya”ya yerləşdirilməsi

6 İyul, Çərşənbə axşamı -

“SpaceX CRS-22” yük gəmisinin “Beynəlxalq Kosmik Stansiya”dan gedişi

15 iyul, Cümə axşamı -

Qazaxıstandakı Baikonur kosmodromundan "Nauka" çox məqsədli laboratoriya modulunun nümayişi

17 iyul, Şənbə -

“ISS Progress 77” yük gəmisi və pirs yerləşdirmə bölməsinin  “Beynəlxalq Kosmik Stansiya”dan gedişi

23 iyul, Cümə -

 “Nauka” çox məqsədli laboratoriya modulunun “Beynəlxalq Kosmik Stansiya”ya yerləşdirilməsi