Namizədlər arasında “Türkcə - Azərbaycanca” münaqişəsi

Namizədlər arasında “Türkcə - Azərbaycanca” münaqişəsi

İranda 18 iyun tarixində keçiriləcək prezident seçkilərindən əvvəl televiziyada tok-şouda iştirak edən yeddi namizəddən üçü arasında "Türkcə-Azərbaycanca mübahisəsi" baş tutub.

24Media xəbər verir ki, şou gedişatında mühafizəkar namizədlər Muhsin Rızai və İbrahim Reisi İranda danışılan dili, Azərbaycan dili adlandırıblar. Mülayimliyi ilə seçilən namizəd Muhsin Mihralizadə isə “Azərbaycanca yoxdur, türk dili var” deyə etiraz edib. Rızai, İranda yaşayan 20 milyon Azərbaycanlını öz tərəfinə çəkmək üçün "Yaşasın Azərbaycan" şüarını səsləndirib. Digər mühafizəkar namizəd Reisi isə “Azərbaycan dilində danışan vətəndaşlarım mənə qarşı çox maraq göstərdilər. Onlara təşəkkür edirəm ”deyib. Muhsin Mihrəlizadə isə rəqiblərinə etiraz edib: “İranda Azərbaycanca danışılmır. Türkcə danışan vətəndaşlarımız var. Azərbaycanca sözündən istifadə edərkən diqqətli olun.”