NƏHAYƏT! Koronavirusun dərmanı tapıldı

NƏHAYƏT! Koronavirusun dərmanı tapıldı
NƏHAYƏT! Koronavirusun dərmanı tapıldı
NƏHAYƏT! Koronavirusun dərmanı tapıldı

Avstraliyada "IVERMECTIN" adlı anti-parazit dərmanının 48 saat içində COVID-19-u öldürdüyü sübut olunub.

24 Media xəbər verir ki, bununla bağlı Türkiyənin Ürək və Damar xəstəlikləri Uzmanı Prof. Dr. Bengi Başer "Twitter"-dəki səhifəsində paylaşım edib.

Məlumata əsasən, Monaş Universitetinin rəhbərliyi altında aparılan araşdırma "İvermectin" dərmanının bir dozasının inkişafda olan koronavirus hüceyrələrini 48 saat ərzində dayandıra biləcəyini göstərib.

"Müəyyən etdik ki, anti-parazitin bir dozası belə bütün viral RNT-ləri (virusun bütün genetik materialını) effektiv şəkildə 48 saat ərzində aradan qaldıra bilər",- deyə Monaş Universitetinin Biotibbi Kəşf İnstitutunun nümayəndəsi Dr. Keyli Vaqstaf bildirib.

Onun sözlərinə görə, anti-parazitin virusa necə təsir etdiyi hələ dəqiq bilinmir, lakin o, yoluxmuş hüceyrələrin qabağını almaqda müvəffəq olub.

Qeyd edək ki, Yaponiyalı Satoshi Omura və İrlandiyalı Villiam Kampbell 2015-ci ildə "IVERMECTIN"in antilgelmint preparatının kəşfi və dünya təbabətində tətbiq edilməsinə görə Nobel mükafatı alıblar.