"Muza" elektron incəsənət jurnalı ilk buraxılışını oxucularına təqdim edib

Komandası gənclərdən ibarət olan "Muza" elektron incəsənət jurnalı 1 avqust tarixində ilk buraxılışını oxucularına təqdim edib.

Jurnal "Miksteyp", "Projektor", "Geekzona", "CV qutusu", "Çap maşını", "Palitra", "Qalereya" olmaqla 7 bölmədən ibarətdir. Oxucular jurnalda musiqi, kinematoqrafiya, anime/komiks dünyası, ədəbiyyat, incəsənət və fotoqrafiyaya aid məqalələr oxuya bilərlər. 

Jurnalın ilk buraxılışını oxumaq üçün bu yazıya klikləyə bilərsiniz: "Muza" elektron incəsənət jurnalı - İlk buraxılış