MUZA elektron incəsənət jurnalı ikinci buraxılışını təqdim edib

MUZA elektron incəsənət jurnalı ikinci buraxılışını təqdim edib

Gənclərdən ibarət komandasının təşəbbüsü ilə "Muza" elektron incəsənət jurnalı 8 sentyabr tarixində ikinci buraxılışını oxucularına təqdim edib.

Jurnal "Miksteyp", "Projektor", "Geekzona", "Digər", "Çap maşını", "Palitra", "Qalereya" olmaqla 7 bölmədən ibarətdir. Oxucular jurnalda musiqi, kinematoqrafiya, anime/komiks dünyası, ədəbiyyat, incəsənət və fotoqrafiyaya aid məqalələr oxuya bilərlər. 

Jurnalın ikinci buraxılışını oxumaq üçün bu yazıya klikləyə bilərsiniz: "Muza" elektron incəsənət jurnalı - İkinci buraxılış