Mövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”

Mövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

24Media xəbər verir ki, türkiyəli nazir bu barədə öz tvitter səhifəsində yazıb.

“Can Azərbaycanın gənclər və idman naziri, qardaşımız Azad Rəhimovun vəfatı xəbərini böyük bir kədər hissi ilə qarşıladım. Mərhuma Allahdan rəhmət, onun ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, - M.Cavuşoğlu tvitində yazıb.