Moskvanın mərkəzində atəş açılıb, ölən və yaralananlar var

Moskvanın mərkəzində atəş açılıb, ölən və yaralananlar var

Bu gün axşam saatlarında naməlum şəxs Moskvanın mərkəzində, Lubyanka rayonunda atəş açıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

24media.az TASS agentliyinə istinadla xəbər verir ki, cinayətkar neytrallaşdırılıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Federal Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, insident zamanı beş nəfər xəsarət alıb. Xüsusi xidmətin iki əməkdaşı ağır yaralanıb, biri həlak olub.

Bolşaya Lubyanka küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiya Prezidenti Vladimir Putin hadisə barədə məlumatlandırılıb.