Moskva vilayətində binada partlayış olub

Moskva vilayətində binada partlayış olub

Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində yaşayış binasında partlayış olub. Hadisənin qazla işləyən su qızdırıcısının partlaması nəticəsində baş verdiyi bildirilir.


24 Media AZƏRTACa istinadən xəbər verir ki, partlayış zamanı binada beş mənzil tamamilə, dörd mənzilin isə bir hissəsi dağılıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 6 sakin yaralanıb. Binanın 150 sakini təxliyə edilib.