Moldovanın dövlət katibi koronavirusdan öldü

Moldovanın dövlət katibi koronavirusdan öldü

Moldova Maliyyə Nazirliyinin dövlət katibi Anjela Voronin koronavirusun qurbanı olub.

24Media “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nazirliyin Mətbuat xidməti yayıb.

“Anjela Voronin hamımızın qürur duyacağı dürüstlük, ədalət və peşəkarlıq nümunəsi idi və elə də qalır. Maliyyə Nazirliyinin işçiləri adından ailəsinə başsağlığı veririk”, - məlumatda bildirilib.

Qeyd edək ki, Anjela Voronin Maliyyə Nazirliyində öz peşəkar karyerasına 2000-ci ildə başlayıb. O, ölkənin maliyyə sisteminin möhkəmlənmasinə verdiyi töhfələrə görə bir sıra ordenlərə layiq görülüb. Nazirliyin dövlət katibi vəzifəsində isə ötən ilin noyabrından bəri çalışırdı.

Xatırladaq ki, Moldovada indiyədək 43 734 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 32,2 min nəfər sağalsa da, 1 144 nəfər ölüb.