Misirin keçmiş prezidenti dünyasını dəyişib

Misirin keçmiş prezidenti dünyasını dəyişib

Misirin keçmiş prezidenti Hüsnü Mübarək 91 yaşında dünyasını dəyişib. Bu barədə 24media.az 'AlJazeera'-yə istinadən xəbər verir. 

Keçmiş prezidentin oğullarından biri olan Əla bildirib ki, atası bir müddət əvvəl əməliyyat olunub və əməliyyatdan sonra intensiv həkim nəzarəti altında saxlanılıb. Fevral ayının 25-də isə Qahirədə hərbi xəstəxanaların birində vəfat edib.

Qeyd edək ki, sabiq prezident 1981-2011-ci illər arasında Misirin prezidenti vəzifəsində çalışıb.