Misirin daha 3 tarixi mədəniyyət abidəsi İslam İrsi Siyahısına daxil edilib

Misirin daha 3 tarixi mədəniyyət abidəsi İslam İrsi Siyahısına daxil edilib

Bu yaxınlarda Rabatda keçirilmiş İslam Dünyası İrsi Komitəsinin iclasında Misirin daha 3 tarixi mədəniyyət abidəsi – Təhrir meydanındakı Misir Muzeyi, Siva vadisindəki Şali yaşayış məskəni və əsaslı bərpa işlərindən sonra ötən il yenidən qapılarını ziyarətçilərə açmış Baron Empayn Sarayı İslam İrsi Siyahısına daxil edilib.
24Media xəbər verir ki, bu barədə jurnalistlərə Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri məlumat verib. O diqqətə çatdırıb ki, iki il əvvəl Sohaq vilayətindəki Qırmızı monastır, Əl-Qəsr vadisi, Yeni Vadidə yerləşən Əl-Baxavat nekropolu və Qahirədəki Nil çayının suyunu ölçən qədim qüllə (“Raoudha Nilometre”) də İslam İrsi Siyahısına daxil edilib.
İslam Dünyası İrs Komitəsinin son iclasında bütün müsəlman ölkələrində yerləşən 58-ə yaxın tarixi-mədəniyyət abidəsi daimi maddi mədəni irs nümunəsi qismində siyahıya daxil edilib.