Miralem Pyaniçin “Barselona”ya keçidi rəsmiləşib

Miralem Pyaniçin “Barselona”ya keçidi rəsmiləşib

Bosniya və Herseqovina milisinin futbolçusu Miralem Pyaniçin İspaniyanın “Barselona” klubuna keçidi rəsmiləşib.

24Media-nın məlumatına görə, bunu La Liqa təmsilçisi açıqlayıb.

İtaliyanın “Yuventus” klubundan keçən yarımmüdafiəçi üçün 60 milyon avro ödənilib. Bu vəsait bonuslar hesabına daha 5 milyon arta bilər. Pyaniç 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

Bundan əvvəl isə Arturun əks istiqamətdə transferi rəsmiləşib. “Yuventus” “Barselona”nın braziliyalı yarımmüdafiəçisini 72 milyona transfer edib. Bu rəqəm daha 10 milyon arta bilər.