Mingəçevirdə məktəbli güllələnərək öldürüldü

Mingəçevirdə məktəbli güllələnərək öldürüldü

Mingəçevirdə qətl hadisəsi baş verib.  

24Media "Unikal.org" a istinadən xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib. Qəsəbənin sakini əvvəllər məhkum olunmuş, təxminən, 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.