Min ildə bir gələn LİDER!

Min ildə bir gələn LİDER!

Bütün tarix boyu dövlətlərin və xalqların yüksəlişində və tənəzzülündə əsas məsuliyyət hər zaman liderlərin üstünə düşmüşdür. Liderlər xalqı yönləndirən tərəf olmuşlar və yalnız xalqlarını taleyinin məhz onlardan asılı olduğunu düşündükdə özlərinin necə müqəddəs bir vəzifəyə sahib olduqlarını dərk edə bilmişlər. Tarix bu mövzuda bir çox nümunə ilə doludur. Qədim dövrlərdən müasir beynəlxalq münasibətlərin formalaşmasınadək siyasətdə və diplomatiyada bir çox dəyişikliklər olsada liderlik funksiyası və bu funksiyanın önəmi dəyişilməz olaraq qalır. Əlbəttə dövrün tələblərinə görə liderlərin atacaqları addımlar və verəcəkləri sözlər müəyyən mənada dəyişmişdir. Buna səbəblərdən biri insanların təfəkküründə və düşünmə tərzində olan dəyişikliklərdir. Ancaq müdafiə, mübarizə, muharibə və s. Anlayışlar olduğu kimi qalıb və sadəcə formaları dəyişib. Buna görədə ümumi formalaşmış liderlik anlayışından və lider kimliyindən bəhs edərkən tarixdən günümüzə qədər olan bütün təcrübələri göz önünə gətirməliyik.

Lider-hər kəs tərəfindən aparıcı rolu qəbul etdilmiş nüfuzlu şəxs. Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır: ruhlandıran lider, universal lider; situasiyaya görə lider; işgüzar lider.

Liderlərin fərqi: formal lider - o situasiyaya turduğu vəzifəyə görə təsir edir; qeyri-formal lider - o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.

İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Lider digər insanların davranışına təsir göstərə bilməli, əsas məsuliyyəti daşımalı, müəyyən məqsədlərə nail olmaq üçün davamlı şəkildə sona qədər gedə bilməli və çalışdığı heyəti və kütlələri idarə edə bilməlidir. Buna görə liderlik keyfiyyətləri, ilk növbədə aparıcı və açar mövqelərdə qərarlaşan idarəçilərə lazımdır. İnsanlarla əlaqə qurma bacarığı, analitik düşünmə qabiliyyəti, müstəqillik və eyni zamanda da digərlərinin fikrinə hörmətlə yanaşıb onları dəyərləndirmək də çox vacibdir. Lider, dərindən düşünmədən belə, həyatında baş verən hadisələrlə bağlı hər cür suala cavab verə bilər: hadisənin niyə baş verdiyini, nəyə görə lazım olduğunu, necə həll edəcəyini deyə bilər - çünki hər zaman bir strategiyaya sahibdir və ya qısa vaxtda bu strategiyanı formalaşdıra bilər. Lider hər zaman yeni məlumatlar öyrənməyə və daha çox təcrübə əldə etməyə hər zaman maraq göstərir. Gün ərzində bir neçə mənbədən bir neçə məlumat əldə edib onları dəyərləndirmək də müasir dövrün lideri üçün çətin olmamalıdır. Lider həm kiçik məsələlərə, həm də qlobal problemlərə diqqət yetirməli və bu halların hər biri üçün strategiya formalaşdırıb ard-arda gələn addımlar alqoritmi yaratmalıdır. O həm təfərrüatları, həm də əsas məqsədi hər zaman bir-birindən ayırd etmə qabiliyyətinə malik olmalıdır. Əsil lider başa düşür ki, çətinliklər keçicidir və yeniliklərə yol açırlar. O 100% işləyir və eyni dərəcədə də dincəlir çünkü gördüyü iş artıq onun həyatının əsas komponentinə çevrilir və harmoniya yaranır. Xüsusi həyat eşqinə malik olan lider o yaşayıb yaratdıqca xalqınında onunla birlikdə irəli addımlayacağına tam inanır. Hər zaman xalqı üçün ümid mənbəyi olan lider özüdə xalqının ayaqda qalması və gələcəyə əmin addımlarla irəliləməsi üçün əsas enerji mənbəyi olur. Təbiətən bütün bu xüsusiyyətləri özündə birləşdirən insanlar əsil lider olmağı bacarırlar.

Qısaca bu fikrə gələ bilərik ki, lider olmaq hər insan istəyib bacara biləcəyi bir şey deyil. Bu şərtlərin hamısını gözdən keçirdikdən sonra dövlətimiz və xalqımız üçün tarixdə misilsiz rol oynamış Ümummilli liderimiz Heydər Əliyevin tam olaraq əsil lider xüsusiyyətlərini özündə birləşdirdiyini görürük. Ulu Öndər Heydər Əliyev universal, qeyriformal, demokratik bir lider olduğu üçün xalqının rəğbətini qazanmış və ömrünün sonunadək özünü məhz xalqı üçün xidmətə həsr etmişdir. Onun gördüyü işlər xalqımızın ayaqda qalması və gələcəyə inamla baxması üçün açar rol oynamışdır. Ulu Öndər dünya tarixində iz qoymuş və bir liderin xalqına olan sevgi və qayğısının nə dərəcədə ola biləcəyini bütün dünyaya göstərmişdir.

Tariximizə qısaca nəzər salıb dövlətimiz üçün kamil bir liderin nə qədər vacib olduğunu başa düşə bilərik və eyni zamanda Azərbaycan kimi qədim tarixə malik olan bir ölkəyə də məhz Ümummilli Liderimiz kimi dünyaya nümunə olan bir şəxsin layiqli lider ola biləcəyini anlaya bilərik.

Bir liderin dahi sayılması və xalqın xatirində əbədi qalması üçün bütün liderlik xüsusiyyətlərindən fərqli başqa bir funksiyasıda olmalıdır. Bu funksiya isə çətin zamanlarda dövlətin ayaqda qalması və xalqın bütünlüyünü təmin etmək üçün hərəkətə keçməkdir. Bu bacarıq hər siyasi liderə xas ola bilməz. Xalqı bir araya gətirmək üçün ilk növbədə xalqın rəhbərinin xalqa böyük məhəbbəti olmalıdır. Xalqına olan sevgisi naminə də o bütün biliklərini və bacarıqlarını istifadə etməlidir. Bizim tariximizə göz atdıqda isə 20-ci əsrin sonlarında xalqın içində olduğu o xaotik vəziyyətdə belə bir liderə ehtiyac duyulurdu. Və bunu edən şəxs xalqımızın xatirində hər zaman yaşayacaq olan əbədi liderimiz oldu. Ümummilli liderimiz Heydər Əliyevin azərbaycan xalqının tarixində oynadığı ən böyük rol məhz bütün xalqı bir yumruq kimi bir araya toplamaq və birləşdirmək oldu. Azərbaycanın ayağa qalxması, bütün yaralarını sarıması və gələcək üçün ümid əldə etməsi Heydər Əliyevin birləşdirici siyasətinin nəticəsi idi. Heydər Əliyev xalqına olan sevgisini, qayğısını və günənini hər daim göstərirdi. İstər Azərbaycandaki ilk hakimiyyət dövründə istər ikinci hakimiyyət dövründə məhz onun başçılığı altında ölkəmizdə hər bir vətəndaşa və bütövlükdə xalqa olan böyük diqqət görünürdü. Xalq başa düşürdü ki onların arxasında onları heç bir zaman tək qoymayacaq, onları hər çətin günündə dəstəkləyəcək və öz siyasətini məhz onlara xidmət üçün quracaq bir lider var. Ulu Öndərə olan bu güvən və inam xalqımızı bir arada saxlayırdı. Millətimiz üçün ən çətin olan günlərdə ən çox narahat olan da əbədi liderimiz idi. 1990-cı il 20 Yanvar hadisələri zamanı o öz həyatını riskə ataraq bütün dünyaya xalq sevgisinin nə dərəcədə ola biləcəyini göstərdi və onun öz həyatının, siyasi karyerasının xalqı ilə müqayisədə heç bir önəm daşımadığı sübut etdi. Bu çox nadir rast gəlinən haldır.

Heydər Əliyevin xalqı üçün etdikləri bütün dünya üçün böyük bir nümunədir. Yalnız ölkəmizdə deyil ölkəmizdən kənarda yaşayan soydaşlarımızda liderlərinin onları heç bir zaman unutmayacağını bilirildilər və dünyanın harasında olursa olsun ilk növbədə Azərbaycanlı kimliyinin onun üçün vacib olduğunu anlayırdılar. Bütün dünya üçün çətin olan o krisiz dövründə bir çox ölkənin məhz belə bir liderə ehtiyacı var idi. Biz özümüzü xoşbəxt hiss etməliyik ki belə bir lider məhz bizə məxsus idi. Ulu Öndər Heydər Əliyev bilirdi ki xarici siyasətdə uğurlu olmaq üçün və dünya ictimaiyyəti tərəfindən sayılan bir dövlət olmaq üçün ilk növbədə dövlətin içində sıx bir birlik olmalıdır. Və o bu birliyi tam təmin edə bildi və təmin edə biləcək yeganə şəxs idi. Əvvəlcə qeyd etdiyim kimi ilk növbədə öz xalqına sevgisi və güvəni olmayan bir lider bu birliyi heç bir zaman təmin edə bilməzdi. Həmin vaxt ölkəmizi bir arada görmək istəməyən və ölkəmizin bölünməsini istəyən qüvvələr əllərindən gələni etsələr belə Heydər Əliyev kimi xalqına sona qədər güvənən dahi bir siyasətçinin qarşısını ala bilməzdilər. Heydər Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı necə bir arada öz müstəqilliyi, sabitliyi və inkişafı üçün sona qədər mübarizə apara bilər. Xalqın hər bir fərdidə artıq bunu hiss edirdi və liderinə güvənərək əlindən gələn hər şeyi edərək dövlətçiliyimizin qorunması üçün çalışırdı.

Ulu Öndər səngərlərdə döyüşən əsgərlərdən fabriklərdə işləyə fəhlələrə kimi məktəblərdə dərs keçən müəllimlərdən hələ böyüməkdə olan azyaşlılara kimi xalqın hər bir fərdini düşünür və onların taleyi üçün bütün qüvvəsini sərf edirdi. Hər zaman xalqının yanında olan o dahi insan özünün xalqın bir hissəsi olduğunu hər zaman hiss etdirirdi. Artıq xalq liderinin ətrafında elə cəmləşmişdi ki Heydər Əliyev və Azərbaycan xalqı bir-birindən ayrılmaz bir bədən kimi idi. Ölkəmizdəki hər bir insanın rahat nəfəs alması üçün gecə-gündüz çalışan liderimiz məhz bu cür güvənə və dəstəyə layiq idi. O hər bir çıxışında onun ön planda xalqının taleyi olduğunu vurqulayırdı və xalqı üçün eləyə bilməyəcəyi bir şey olmadığını öz fəaliyyəti ilə göstərirdidi.

Bütün Azərbaycanlıların parlaq gələcəyi üçün çalışan dahi liderin bu mövzuda yaddaqalan çıxışlarından biri Dünya Azərbaycanlılarının 1-ci Qurultayında etdiyi çıxış idi. Bu çıxışnda dediklərini diqqətlə oxuduqda Ulu Öndərin Azərbaycanlı kimliyinə verdiyi dəyərin nə dərəcədə böyük olduğunu başa düşmək olur. Ümummilli liderimizin bu nitqində istifadə etdiyi ifadələr bir çoxlarının xatirində həmişəlik qaldı. Ulu Öndər o kürsüyə çıxarkən artıq zəif, məhv edilməyə çalışılan, bölünən bir Azərbaycandan söhbət belə getmirdi. Bu reallığı liderimiz özü yaratmışdı. Bu çıxışın kadrlarını izləyərkən istər istəməz insanın gözü yaşarır. Özü azərbaycanlı sayan hər bir insan qürur duyurdu o gün öz lideri və öz milli mənsubiyyəti ilə. Bütün dünya bir daha şahid olurdu ki Azərbaycan xalqı bütöv və bölünməzdir. Azərbaycanlılar dünyanın fərqli yerlərində yaşasalar belə hər zaman birdirlər və bir-birilərinə dayaqdırlar. Ümumilikdə bütün azərbaycanlıların dayağı isə Ulu Öndər idi və o dünyanın fərqli yerlərində yaşayan soydaşlarını qorumağıda hər zaman bacarırdı.

Ulu Öndər Heydər Əliyev min ildə bir gələn lider idi!