Millimizin qapıçısı zədələndi

Millimizin qapıçısı zədələndi

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.

24Media-nın məlumatına görə, 27 yaşlı qolkiper rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib.

Başı yarılan qapıçı görüşə davam edə bilməyib. Onun yerinə 30-cu dəqiqədə Emil Balayev daxil olub.

Əsəblərini cilovlaya bilməyən qolkiper birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb. Daha əvvəl "Qarabağ"ın heyətində Filip Ozobiç 13-cü dəqiqədə zədələnərək, meydanı tərk edib.