Milli Kitab Satışı Sərgisi davam edir

Milli Kitab Satışı Sərgisi davam edir

Yeni il münasibətilə təşkil olunmuş yarmarka 21 dekabr tarixinə qədər Bakı İdman sarayında keçirilir.

24Media xəbər verir ki, sərginin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai Şura, “Əli və Nino” mağazalar şəbəkəsi və "Qanun" nəşrlər evidir.

Yarmarkada 30-70%-dək endirimlər mövcuddur. Sərgidə kitablarla yanaşı, oyun və oyuncaqların, əl sənəti hədiyyələrinin, qida, içki və yeməklərin satışı nəzərdə tutulub.

Yarmarka 10:00-19:00 saatları arasında fəaliyyət göstərir. Sərgiyə giriş sərbəstdir.