“Microsoft” şirkəti “TikTok” tətbiqini almaq istəyir

“Microsoft” şirkəti “TikTok” tətbiqini almaq istəyir

ABŞ-ın öndə gedən texnologiya markalarından "Microsoft Corp" "TikTok" tətbiqini almaq üçün danışıqlara başlayıb. 

24Media "The New York Times"a istinadən xəbər verir ki, "Microsoft" jurnalistlərin sorğusuna şərh verməkdən imtina etsə də, qısametrajlı video formatının potensialına inandığını bildirib.

Qeyd edək ki, keçdiyimiz gün ABŞ Prezidenti Donald Tramp fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə edə və şənbə günü tətbiqin ABŞ-da rəsmi qadağası üçün fərman imzalaya biləcəyini açıqlayıb.