Məşhur Hindistan aktrisası koronavirusdan sağalıb

Məşhur Hindistan aktrisası koronavirusdan sağalıb

Hindistanlı aktrisa, sabiq Hindistan gözəli Aişvarya Rai Baççan koronavirusdan sağalıb.

24Media-nın məlumatına görə, aktrisa qızı ilə birgə xəstəxananı tərk edib.

Bununla belə, onun həyat yoldaşı Abhişek Baççan və qayınatası, Bollivud ulduzu Amitabh Baççan müalicələrini xəstəxanada davam etdirir.

Qeyd edək ki, Amitabh Baççan iyulun 12-də koronavirusa yoluxduğunu açıqlamışdı. Həmin gün Aişvarya Rai Baççanın da testinin müsbət çıxdığı məlum olub.