Masallıda tikintidə çalışanların orta aylıq nominal əməkhaqqı artıb

Masallıda tikintidə çalışanların orta aylıq nominal əməkhaqqı artıb

Bu ilin doqquz ayında Masallı rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 51 milyon 537,5 min manat investisiya yönəldilib. Bu investisiyadan 47 milyon 971,6 min manatı tikinti-quraşdırma işlərində istifadə edilib.
Bu barədə 24Media-ya Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, tikintidə çalışanların 70,6 faizi dövlət sektoruna, 29,4 faizi qeyri-dövlət sektoruna mənsub tikinti müəssisələrində işləyənlərdir.
Rayonda tikintidə çalışanların orta aylıq nominal əməkhaqqı 21,9 faiz artaraq 357,4 manata çatıb. Orta aylıq əməkhaqqı dövlət mülkiyyətində olan müəssisələrdə 431,5 manat, qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrində isə 179,1 manat təşkil edib.
Bu dövrdə əhali tərəfindən fərdi evlərin tikintisinə xüsusi diqqət yetirilib. Doqquz ayda Masallıda ümumi sahəsi 74 min 100, yaşayış sahəsi isə 54 min 200 kvadratmetr olan 644 fərdi yaşayış evi tikilib istifadəyə verilib.