Maral Nacaryanın azad eilməsini hansı dövlətin aktivinə yazaq?

Maral Nacaryanın azad eilməsini hansı dövlətin aktivinə yazaq?

Maral Nacaryanın azad edilməsi haqqında xəbəri Ermənistan tərəfi, xüsusən Paşinyanın ətrafındakılar özlərinin qələbəsi kimi təqdim etmək üçün ciddi-cəhdlə çalışdılar. Amma Maralın həbsdən azad edilməsi məsələsinin Ermənistanın deyil, Livanın köməyi ilə həll edilməsi xəbəri ermənilərin bu təşəbbüslərinin boşa çıxmasına səbəb olub.

Maral Nacaryan Livan vətəndaşıdır və digər livanlı ermənilər kimi, müharibədən əvvəl Şuşada yaşayıb və Azərbaycan Xüsusi Xidmət Orqanlarının əldə etdiyi məlumata əsasən hərbi əməliyyatlarda snayperçi kimi fəaliyyət göstərib.

Bununla bağlı Azərbaycan Respublikası XİN bəyanatında deyilir: “Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib. Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən Maral Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib. Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zaman sərbəst buraxılıb”, - deyə XİN rəsmisi qeyd edib.

Azərbaycana qarşı hərbi əmliyyatlarda iştirak etdiyinə görə  Marala qarşı cinayət işi qaldırılmışdı və o terrorist kimi layiqli cəzasını alacaqdı. Ermənilər digər terroristlər kimi onun da azad edilməsini indiki halda özləri üçün prioritet məsələ hesab edir və bu məsələni həll etməklə Paşinyan hökumətinin mövqeyini qüvvətləndirməyə çalışırdılar.

Azərbaycan isə öz növbəsində Maral Nacaryan və onun kimi digər erməni silahlılarının hərbi əməliyyatlar bitəndən sonra antiterror fəaliyyət nəticəsində tutulduqlarını əsas gətirərək müvafiq qaydada mühakimə  etmək niyyətindədir. Rusiya, Avropa və Amerikadan çoxsaylı müraciətlərə baxmayaraq onların terrorçu kimi həbsdə saxlanması üçün istintaq işləri davam etdirilir.

Belə olan halda Maral Nacaryan nə üçün həbsdən azad edildi? Maralın azad edilməsi digər terroristlər üçün insident yaratmayacaq ki?

  1. Maral Nacaryan Ermənistan vətəndaşı deyildi və onun azad eilməsi  üçün müraciət edənlər sıraya düzülmüşdü: Livan, Avropa Birliyi, Rusiya, Ərəb ölkələri və s. Ya bütün bu ölkələrin təzyiqlərinin qarşısında davam gətirmək, ya da Maralı azad etməklə onların gözünü kölgəli etmək. Biz ikinci yolu seçdik ki, bundan sonra digər terroristin azad olunması üçün bir daha xahiş etməsinlər.
  2. Maralın Ermənistana deyil, Türkiyə vasitəsi ilə birbaşa Livana göndərilməsi Ermənistanı azad etmə prosesindən kənarda saxladı və Azərbaycan Prezidenti çıxışlarında səsləndirdiyi kimi, Ermənistanın bizim üçün artıq tərəf müqabili olmadığını sübut əməldə bir daha sübut etdi. Bəli, Ermənistan artıq bizim üçün tərəf müqabili deyil. Biz onunla bağlı məsələlri Rusiya, Türkiyə, Avropa , hətta Livanla birlikdə Ermənistansız həll edirik və bundan sonra da edəcəyik.
  3. Hətta terrorist olsa belə, ilk növbədə qadının həbsxanadan azad olunması Azərbaycanın və onun Prezidentinin hümanist ideyalara həmişə sadiq qaldığını növbəti dəfə sübut etdi.
  4. Maral Nacaryanın azad edilməsi Livanda və digər Şərq ölkələrində yaşayan ermənilərə nümunə rolunu oynayacaq. Xaricdəki ermənilər onlardan siyasi məqsədlər üçün istifadə edildiyinin fərqinə varacaqlar.

Maralın vətəninə çatdıqdan sonra özünü maral, yoxsa tülkü kimi aparcağı onun erməni xisləti ilə bağlı olacaq ki, bunu düzəltmək mümkün deyil.

Sonda Maral Nacaryanın Livana veriməsi ilə əlaqədar siyasi şou yaratmaq məqsədi ilə istifadə etmək istəyən bəzi qüvvələrə üzümü tutaraq demək istərdim ki, Maralın azad edilməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun  daha da artmasına və onun dost ölkələrdən ibarət əhatə dairəsinin genişlənməsinə yardım edəcək. Nəinki, onun terrorist kimi mühakimə olunaraq həbsxanada qalması. Hörmətli cənab Prezidentimizin Azərbaycanın xarici siyasətində atdığı addımlar haqqında siyasi sahədə savadı olan mütəxəssislər mühakimə yürütsünlər, ağa qara deməyi özlərinə peşə etmiş diletantlar yox.

Politoloq Əlimusa İbrahimov