“Mançester Yunayted”in futbolçusu koronavirusa yoluxub

“Mançester Yunayted”in futbolçusu koronavirusa yoluxub

İngiltərənin “Mançester Yunayted” klubunda bir futbolçu koronavirusa yoluxub.

24Media  xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 19 yaşı yarımmüdafiəçi Fakundo Pellistrinin testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən uruqvaylı oyunçu komandadan təcrid olunub. “Qırmızı şeytanlar” bu gün İngiltərə kubokunun 3-cü mərhələsində “Uotford”la qarşılaşacaq.

Qeyd edək ki, Fakundo Pellistri “Mançester Yunayted”ə ötən ilin yayında “Penyarol”dan keçib.